"Azparkinq"də hesabatlılıq necə təşkil edilib, bilən varmı?
“Azparkinq”
çox müasir ödəniş sistemi qurub. Halal olsun. Alqışa layiq bir sistemdir. Arada
girəvədən istifadə edib, maşını əyri saxlayanda belə cərimə yazmağı da unutmur.
Olsun. Ancaq mənə maraqlı olan məqam -ay ərzində onlayn sistem vasitəsi ilə
yığılan vəsaitin həcmi nə qədərdir, bilmək olarmı?
Hesabat
aparılırmı ki, rayonlar üzrə nə qədər vəsait əldə olunur? Və bu vəsaitdən dövlət
büdcəsinə ödənilən vəsaitin həcmi bəllidirmi?
Yəni
qurumda hesabatlılıq necə təşkil edilib, bilən varmı, çox maraqlıdır.
Biz RİH-dən,
bələdiyyədən və digər qurumlardan hesabatlılıq və şəffaflığın təmin edilməsini
tələb edirik, amma “Azparkınq”dan bunu niyə tələb etmirik. Üstəlik
"Azparkinq' bələdiyyə ərazilərində az qala məhəllələrdə də parkınq
quraşdırdığı bir vaxtda əldə etdiyi vəsaitdən niyə səs verdiyi bələdiyyəyə ödəniş
etməyi özünə sanki ar bilir. Min bir bəhanə gətirərək ödənişdən yayınır. Tutaq
ki, qanunda boşluq var. Olsun. Bələdiyyənin büdcəsinə əldə etdiyi vəsaitin 10
faizi həcmində yardım etmiş olsa "xançalının qaşı düşməz ki". Onsuzda
bələdiyyə bütün hallarda "Azparkinq"dən alacağı vəsaiti elə vətəndaşın
probleminin həllinə yönəldir.
Mən bir vətəndaş
olaraq müvafiq qurumlardan xahiş edirəm AYNA-ya aid olan bir qurumun yəni
"Azparkinq"də şəffaflıgın ve hesabatlılığın təmin edilməsi üçün məlumatın
ictimailəsdirməsinə öz dəstəyini göstərsinlər. Bununla həm də cənab Prezidentin
tələb etdiyi vətəndaş məmnunluğunu təmin etmiş olacaqlar.
Əvvəlcədən təşəkkür edirəm.
Vüqar Tofiqli
Rəylər
0 Rəy